Əllərin tərləməsi xərçəng əlamətidir?

0
399

İnsan fəaliyyətində ən çox istifadə etdiyi orqan olan əllərin tərləməsi həyat fəaliyyətinə mənfi təsir edir. Əlləri tərləyən insanları narahat edən məsələlərdən biri əl təmasıdır. Çünki kimsə əlləri tərləyən adamla salamlaşsa, onda özündən asılı olmadan diksinmə, əllərini tez yumaq hissi yarana bilər.

Tibb elmləri doktoru, tibbi ekspert Adil Qeybulla açıqlamasında deyib ki, əllərin və ya bədənin hər hansı nahiyəsinin həddən artıq tərləməsi tibbdə Hiperhidroz adlanır.

“Bu gün müasir tibb elmi hiperhidrozun yaranma səbəbini aşkar edə bilmir, lakin hiperhidroz xəstələrinin yarıdan çoxunun valideynlərinin də həmin patologiyadan əziyyət çəkdiyi məlumdur. Hiperhidrozun iki növü ayırd edilir: birincili və ya idiopatik və ikincili hiperhidroz”.

Amerika Dermatologiya Akademiyasında aparılan tədqiqatların nəticəsinə görə dünya əhalisinin 3 faizi idiopatik hiperhidrozdan əziyyət çəkir. İdiopatik hiperhidrozun səbəbi məlum deyil. İkincili hiperhidrozda isə tərləmə şəkərli diabet, vərəm, xərçəng, hipertireoz və insult kimi hər hansı xəstəliyin əlaməti olaraq üzə çıxır.

Tibbi ekspert bildirib ki, xəstəliyin müasir metodlarla müalicəsi mümkündür.

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin