Azərbaycanlı həkim Türkiyədə veriliş aparır – Fotolar

0
168

Azərbaycanın tanınmış stomatoloqu doktor Zeynal Allahyarov Türkiyənin “Beyaz Tv” kanalında “İyi ki, varsın” proqramına aparıcılıq etməyə başlayıb.

Z.Allahyarovla birgə verilişi keçmiş dünya gözəli Şenay Akay da idarə edir.

Proqram həftə içi hər gün səhər saat 9-dan 10-a kimi yayımlanır.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımın media işçilərinə verdiyi iftar yeməyində ölkəmizi təmsil edən Zeynal da iştirak edib və B.Yıldırımla görüşüb.

Eyni zamanda bildirək ki, Allahyarov bir neçə aydan sonra Türkiyədə diş həkimi kimi fəaliyyətə başlayacaq.

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin