“Google” istifadəçilərə çox yüksək internet sürəti söz verir

0
41

ABŞ-ın “Google” korporasiyası AMP texnologiyasının köməyi ilə internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.

MEDİAKTİV.AZ  “belta.by” saytına istinadən yazır ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız “Twitter”, “Google”, “Baidu” və “Bing” üçün əlçatandır. Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.

“Google” gələcəkdə bu texnologiyanı “Ümumdünya Hörümçək Toru”nun standartına çevirmək istəyir.

“Accelerated Mobile Pages” (AMP) – mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin