Süd vəzisi xərçənginin səbəbi nələrdi?

0
275

Süd vəzisi xərçəngi 30 il bundan əvvəllə müqayisədə daha yaxşı müalicə edilə bilən bir xəstəlikdir. Əməliyyatlarda qarşılaşılan irəliləmələr ilə radioterapiya üsullarının daxilinə elektronikanın daha çox girməsi zamanı yaşanan inkişaf müalicə mövzusunda yaşanan irəliləyişlərin əsas səbəblərindəndir. Xüsusilə son 20 ildə inkişaf etmiş ağıllı dərmanlar ilə irəliləmiş xəstəliklərdə insan həyatının uzun müddət uzadılmasına təkan vermişdir. Günümüzdə süz vəzisi xərçənginə ən çox səbəb olan faktorların başlında pis qidalanma, hərəkətsiz həyat, artıq çəki, çevrə kirliliyi, siqaret və alkoqol kimi mənfi vərdişlər, gec menopauzaya girmək, uşaq dünyaya gətirməmiş olmaq gəlməkdədir. Bəzi xərçəng xəstələrində genetikanın da vacib rolu olduğu məlumdur. Süd vəzisi xərçəngi ilə bağlı cəmiyyətdə çox istifadə edilən, ancaq səhv olan məlumatlar: – Müalicəsi olmayan bir xəstəlikdir. – Xərçəng xəstəliyi olan xəstəyə bıçaq vurulmaz. – Kimyaterapiya əslində xəstəliyi yox, xəstəni öldürür, heç bir faydası yoxdur. – Xərçəngin çarəsi tapılıb, amma dərman firmaları gəlir əldə etsin deyə gizlədilir. – Xərçəngdən qorunmaqda qidalanma vacibdir, ancaq müalicəsində qidalanmanın əhəmiyyəti yoxdur.

 

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin