Zəncəfilin saymaqla bitməyən – faydaları

0
163

Zəncəfilin yararlı tibbi xüsusiyyətləri çox qədim dövrlərdən yaxşı bilinir.

Zəncəfil gücləndirici, canlanndırıcı və antienflamatuar (iltihabla mübarizə aparan) xüsusiyyətləri səbəbi ilə vitamin dolu bir qida qaynağıdır.

Tərkibində zəncəfil olan reseptləri ev şəraitində asanlıqla hazırlamaq mümkündür.

Zəncəfil həm rəndələnmiş, həm də təzə olaraq çox faydalıdır. Onu yeməklər, un məmulatları və içkilərə də əlavə edə bilərsiniz.

Zəncəfillə hazırlanan bu resept sayəsində selulitlə mübarizə apara bilərsiniz. Bunun üçün 17 qram zəncəfil suyu ilə 1 yemək qaşığı rəndələnmiş zəncəfili qarışdırın. Eyni qaba 1-1.5 stəkan dəniz duzu əlavə edin. Qarışımı selulitli bölgəyə çəkin və bir süngərlə ovuşdurun.

Zəncəfil həm də həzm sistemini sürətləndirir və mədə bulantısını aradan qaldırır. Həm problemləriniz varsa və ya hamiləlik zamanı mədə bulantısından əziyyət çəkirsinizsə çayınızın içinə bir az təzə zəncəfil əlavə edə bilərsiniz.

A və B vitaminləri, kalsium, təbii antibiotiklər, antimikotiklər sayəsində zəncəfil bədəni gücləndirir və müxtəlif xəstəliklərə qarşı müqaviməti artırır.

Zəncəfil qəbulu beyin hüceyrələrinin yaşlanmasını yavaşladır və Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı qoruyur.

Zəncəfil həm də iştahı azaldır. Yeməklərdən 30 dəqiqə əvvəl zəncəfilli çay içdikdə daha az yemək yeyəcəksiniz.

Zəncəfilin tərkibində çox miqdarda antioksidan var. Bədəndə yeniləmə prosesini sürətləndirir və sərbəst radikalları və toksinləri təmizləyir. İstifadə etməzadən öncə həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin