Bazar , İyun 13 2021
Home / Kateqoriyasız / Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik son oxunuşda təsdiq edildi

Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik son oxunuşda təsdiq edildi

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

Həmçinin oxuyun

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb. MEDIAKTIV.AZ- ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal …