Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Kateqoriyasız / Dağlıq Qarabağ heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq – Şentop

Dağlıq Qarabağ heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq – Şentop

Azərbaycanla Türkiyə arasında münasibətlər dünyada bənzəri olmayacaq münasibətlərdir.

MediAktiv.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.

O qeyd edib ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır: “Bizim dostluğumuz əbədiyyətə qədər olacaq”.

M.Şentop qeyd edib ki, Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır:

“Dağlıq Qarabağ heç bir zaman Azərbaycandan ayrı olmayıb. Dağlıq Qarabağ tarix boyunca heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün benyəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir.

Gəncədə mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Vaxt gələcək, bunu edən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək”.

Həmçinin oxuyun

BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində 4 dəfə artım olacağını açıqlayıb. MediAktiv.az xəbər verir …