Bazar , Sentyabr 26 2021
Home / Kateqoriyasız / “Huawei” öz əməliyyat sistemi ilə işləyəcək ilk planşetini buraxacaq

“Huawei” öz əməliyyat sistemi ilə işləyəcək ilk planşetini buraxacaq

“Huawei” şirkəti “MatePad Pro” planşetinin ikinci nəslini buraxmağa hazırlaşır. Cihaz şirkətin öz istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təmin olunacaq.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə “Gizmochina” yazır.

Kod adı “Wanger” olan bu planşet Çin tənzimləyicisi TENAA-nın məlumat bazasında görünüb. Sertifikatlaşmış məlumatlara görə, “MatePad Pro 2” beşinci nəsil şəbəkələrdə işləmək üçün dəstək alacaq. Bundan əlavə, planşet “Huawei” tərəfindən “Android”in əvəzləyicisi olaraq hazırlanmış “HarmonyOS” əməliyyat sisteminin avtomatik olaraq quraşdırıldığı ilk cihaz olacaq.

Ola bilsin, yeni nəsildə IPS ekranını AMOLED matrisi əvəz edəcək. Ekranın diaqonalı 12,6 düym olacaq. “HiSilicon Kirin 9000 SoC” prosessorundan istifadə oluncağı isə artıq insayderlər tərəfindən təsdiqlənib.

Həmçinin oxuyun

Teknofest festivalında Azərbaycanı təmsil edən ən gənc ixtiraçı

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdi İmran Nəsibov və STEAM müəllimi Ələsgər …