Çərşənbə axşamı , Yanvar 21 2020
Home / Kateqoriyasız / Konqoda mədən faciəsi: 30 nəfərin meyiti çıxarılıb, axtarışlar davam edir

Konqoda mədən faciəsi: 30 nəfərin meyiti çıxarılıb, axtarışlar davam edir

MediAktiv.Az

Konqo Demokratik Respublikasının şimal-şərqində qanunsuz fəaliyyət göstərən qızıl mədənində uçqun baş verib.

Dünya mətbuatında yayılan məlumatlara görə, uçqun nəticəsində 30 nəfər həlak olub. Dağıntılar altında daha neçə nəfərin qaldığı hələlik məlum deyil. 

Uçqun 17 metr dərinlikdə baş verib. Hadisəyə son zamanlar Konqoda yağan güclü yağışların səbəb olduğu söylənilir.

Uçqun altında qalanların xilası və cəsədlərin çıxarılması əməliyyatı davam edir. 

Qeyd edək ki, bu, Konqoda son aylar ərzində baş verən ikinci mədən faciəsidir. Bundan öncə baş verən hadisə də qanunsuz fəaliyyət göstərən mədəndə olmuşdu.

Həmçinin oxuyun

7 milyonluq avtomobil Bakıda – FOTO

Təxminən 10 gün əvvəl – 2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil …