Çərşənbə , Oktyabr 23 2019
Home / Kateqoriyasız / Oğurluq edən tutuquşu həbs olundu

Oğurluq edən tutuquşu həbs olundu

Hollandiyanın Utrext şəhərində polis oğrunu tutuquşusu ilə birlikdə həbs edib.

MediAktiv.Az Lenta.ru-a istinadən xəbər verir ki, polis sentyabrın 26-da mağazadan oğurluqla bağlı məlumat aldığını söyləyib.

Onlar oğrunu yerindəcə həbs etməyə nail olublar. Cinayətkarın çiynində tutuquşusu da olub.

Oğru və tutuquşu təcridxanaya aparıldıqda hüquq-mühafizə orqanlarının əməkdaşları quş üçün nə qəfəs, nə də boş bir otaq olmadığını etiraf ediblər. Yaxalanan şəxslə görüşdən sonra tutuquşunu sahibinin yanına qoyublar.

Quş üçün su və ağ çörək gətirilib.

Həmçinin oxuyun

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il oktyabrın 26-da “Dövlət vergi orqanlarına …