Bazar , Sentyabr 19 2021
Home / hava / Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

MediAktiv.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Həmçinin oxuyun

Azərbaycanda bu tarixdə helikopter servis mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda Rusiyanın helikopter servis mərkəzi tam gücü ilə 2023-cü ildə işə başlayacaq. Bunu MEDIAKTIV.AZ-a Rusiyanın Sənaye və …