Cümə axşamı , Avqust 5 2021
Home / Kateqoriyasız / Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb. MEDIAKTIV.AZ- ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə ilə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb. “Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək”, – deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.

Həmçinin oxuyun

Andrey Babuşkin: unudulmaz qəhrəman sərhədçi

18 mart 1926-cı il. Sübhçağı. Gənc sərhədçilər – Andrey və həmyerlisi Gerasim Araz çayı kənarındakı …