Çərşənbə , Sentyabr 16 2020
Home / Kateqoriyasız / “WhatsApp”da yeni funksiya yaradıldı

“WhatsApp”da yeni funksiya yaradıldı

“WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib.

MediAktiv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

“Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

Həmçinin oxuyun

Türkiyədə qum fırtınası baş verib

Türkiyənin Ankara vilayətində qum fırtınası nəticəsində 6 nəfər yaralanıb. MediAktiv.az-un məlumatına görə, hadisə Polatlı və …