Çərşənbə axşamı , İyun 2 2020
Home / Adrenalin / Bakıda ticarət mərkəzində DƏHŞƏTLİ YANĞIN – YENİLƏNİB – VİDEO – FOTO

Bakıda ticarət mərkəzində DƏHŞƏTLİ YANĞIN – YENİLƏNİB – VİDEO – FOTO

MediAktiv.AZ

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.

——-

09:21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Həmçinin oxuyun

Adrenalin sevərlər üçün dünyanın ən qorxuducu atraksionları

MediAktiv.az olaraq bu gün sizlərə ekstremal hisslər yaşadacaq atraksionların onluğunu təqdim edirik. Bu mürəkkəb konstruksiyaların …