Çərşənbə , Avqust 21 2019
Home / Adrenalin / Havada ölümlə rəqs

Havada ölümlə rəqs

İki idmançı 4 min metrdən təyyarəyə uçdu

İdmançılar uçaq təyyarənin içinə hoppandılar. İki fransız idmançı rekord sayıla biləcək işə imza atıblar. Bu tryuku hətta Ceyms Bond belə edə bilməzdi.

Tapşırıq olduqca çətin idi. Qanadlı kostyumdan istifadə edən iki gənc nəinki hündürlük və sürəti tənzimləməli, hətta təkər altında əzilməməyə də çalışmalı idilər. Nəticədə onlar yüz dəfədən çox sınaq keçirməli olublar.

Son nəticə onların əməklərinə dəyib. İsveçrədə, Alp silsiləsinin Yunqfrau zirvəsindən – 4 min metrə qədər hündürlükdən tryuk həyata keçirilib. İdmançılar nisbətən alçaqdan uçan təyyarəyə tullanaraq daxil ola biliblər.

Həmçinin oxuyun

Sosial şəbəkələr bu adamdan danışır

ABŞ-da hava limanlarının birində təyyarələrə yol göstərən işçinin rəqsi sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Görüntülər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir