Bazar , May 16 2021
Home / Adrenalin / Tovuzda polis zabiti 17 yaşlı oğlanı vurdu

Tovuzda polis zabiti 17 yaşlı oğlanı vurdu

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

MediAktiv.Az-ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində olub.

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi “KİA” markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Həkimlər COVID-19 testindən keçərkən yol verilən səhvləri açıqlayıb

Virusoloqlar koronavirus testinin nəticəsinin səhv çıxmaq riskini azaltmaq üçün hansı qaydalara riayət edilməli olduğunu bildiriblər. …