Bazar , İyul 12 2020
Home / Cəmiyyət / Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək bildirmişdir ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir. Buna uyğun olaraq gənclərin dünyagörüşünün artırılması, intellektual potensiallarının inkişafı, ölkəsinin tarixinə, mədəniyyətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi, asudə vaxtlarının səmərəli təşkili daima diqqət mərkəzində saxlanılır.

Ekskursiyanın təşkil olunmasında məqsəd də Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdən, muxtar respublika ilə əcnəbi tələbələrin tanışlığını təmin etməkdən ibarətdir. Gənclərin gəzintiləri yazıçı, dramaturq, jurnalisti ictimai xadimi, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin Cəlil kənd də yerləşən Ev Muzeyindən başlamışdır. Muzeyin bələdçisi muzeydə olan eksponatlar haqqında gənclərə geniş məlumat verərək bildirmişdir ki, Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya, onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır. Sonra gənclər Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olmuşlar. Burada onlara Muzey haqqında ətraflı məlumat verilmişdir. Daha sonra gənclər Yengicə Hamamı və Şərur rayonunda yerləşən İdman Kompleksi ilə tanış olmuşlar. Sonda gənclər üçün çay süfrəsi təşkil olunmuşdur. Ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Ekskursiyada 20 nəfər əcnəbi tələbə iştirak etmişdir.

Həmçinin oxuyun

TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqladı

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 49 nəfərdir. Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini İdarəetmə …