Cümə axşamı , Yanvar 28 2021
Home / Cəmiyyət / Naxçıvanda əlilliyi olan şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib-FOTO

Naxçıvanda əlilliyi olan şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib-FOTO

Əlilliyi olan şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib.

MediAktiv.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev hərbi qulluqçuları torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edərək bildirib ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi ilə bağlı verilmiş tapşırığa uyğun olaraq, bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2100 cüt yun corab, 1200 ədəd yun boyunluq və 920 ədən yun şərf əsgərlərimizə hədiyyə edilir. Qeyd olunub ki, bu kimi tədbirlər əlilliyi olan şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir. Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Ramin Dadaşov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub.Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Çıxışların ardından yun corab, şərf və boyunluqlar hərbi hissəyə təhvil verilib.

Qeyd edək ki, ötən ay da məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 cüt yun corab və 1700 ədəd yun boyunluq əsgərlərimizə təqdim edilib.

Həmçinin oxuyun

Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların …