Çərşənbə , Avqust 12 2020
Home / Cəmiyyət / Ərəbistanında ikinci peşəkar görüşünə çıxır – FOTO

Ərəbistanında ikinci peşəkar görüşünə çıxır – FOTO

Bu gün Azərbaycanı təmsil edən dağıstanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ikinci döyüşünə çıxacaq.

MediAktiv.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutacaq görüşdə onun rəqibi britaniyalı Tom Litl olacaq.

Ağır çəkidə (+90 kq) baş tutacaq döyüş gecənin doqquz görüşündən biri olacaq. Ümumiyyətlə, ağır çəkidə beş görüş keçiriləcək ki, bunlardan birincisi məhz həvəskar boks üzrə üçqat dünya çempionumuzun keçirəcəyi qarşılaşma olacaq. 

Gecənin əsas görüşü ağır çəkili boksçular – xorvat Filip Xrqoviçlə amerikalı Erik Molina (WBC kəməri üçün) və amerikalı Endi Ruiz Juniorla britaniyalı Entoni Coşua (WBA, IBF, WBO və IBO kəmərləri üçün) arasında baş tutacaq.

Yeri gəlmişkən, bu görüş Bakı vaxtı ilə təxminən saat 21:00-da baş tutacaq. Görüş Rusiyanın “Matç TV” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Peşəkar Boks Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, Məhəmmədrəsul Məcidovun meneceri Zaur Əliyevin saytımıza verdiyi informasiyaya görə, bu görüşü izləyənlər arasında ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də olacaq.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov sentyabrda Nyu Yorkda ilk peşəkar döyüşünü keçirib. O, ABŞ idmançısı Ed Fauntini dördüncü raundda texniki nokautla məğlub edib. 

Həmçinin oxuyun

Hökumətdən kafe və restoranlarla bağlı qərar

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin …