Çərşənbə , İyun 3 2020
Home / Cəmiyyət / Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur

Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

MediAktiv.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, adi iş rejimi həmçinin, ticarət mərkəzləri və “Mall”ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir

Həmçinin oxuyun

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər. MediAktiv.az  xəbər verir ki, bu barədə Qafqaz …