Şənbə , Avqust 1 2020
Home / Cəmiyyət / 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunu əldə edib

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunu əldə edib

2020-ci ilin 1-ci yarım ili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan
peşə təhsil müəssisələrinin birləşməsi nəticəsində onların bazasında yaradılan daha 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu əldə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən MediAktiv.az-a verilən məlumata görə, publik hüquqi şəxs statusu əldə edən müəssisələr arasında “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”,“Texnika və Texnologiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” və “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi” yer almaqdadır.

Qeyd edək ki, sözügedən mərkəzlər ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul
olaraq, nizamnamələrində nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.

Növbəti mərhələdə daha 20 Peşə Təhsil Mərkəzinin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Hərbi hissələrdə Qurban bayramı qeyd edilir

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və …