Cümə , Fevral 28 2020
Home / Cəmiyyət / Ağbulaq İstirahət Mərkəzində növbəti “Qış Məktəbi” başa çatıb-FOTO

Ağbulaq İstirahət Mərkəzində növbəti “Qış Məktəbi” başa çatıb-FOTO

11-14 fevral 2020-ci il tarixlərdə Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış Məktəbi” təşkil olunmuşdur.
MediAktiv.az  xəbər verir ki, “Qış Məktəbi”nin hazırlanmış Proqramına uyğun olaraq gənclər əvvəlcə Ağbulaq İstirahət Mərkəzi ilə tanış olmuş, stolüstü idman oyunları oynamış, “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” intellektual oyunlarında öz bilik və bacarıqlarını sınamış, günün sonunda isə vətənpərvərlik mövzusunda filmlər və gənclər tərəfindən hazırlanmış kompozisiyalar nümayiş olunmuşdur. Həmçinin, Şahbuz rayonunun “Batabat” instrumental ansamblının konsert proqramı təşkil olunmuş, Ağbulaq kəndi ərazisində çəkilmiş foto şəkillərin müsabiqəsi keçirilmiş və gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar, səhnəciklər təşkil olunmuşdur. Gənclər “Gələcəyini planlaşdır” mövzusunda seminarda və “Özgüvənin həyatımızda rolu” mövzusunda fərdi inkişaf təlimində də iştirak etmişlər. “Qış Məktəbi” zamanı keçirilən intellektual oyunlarda, foto müsabiqədə qalib olan, həmçinin qış məktəbində fəal iştirak edənlər Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə mükafatlandırılmışlar. İştirakçıların sağlamlığı da diqqət mərkəzində saxlanılmış, zərurət yaranan zaman ilkin tibbi yardım göstərmək üçün Qış məktəbində həkim də iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən gənclərin “Qış Məktəbi”ndə 60 nəfər gənc iştirak etmişdir.

Həmçinin oxuyun

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı …