Çərşənbə , İyul 15 2020
Home / Cəmiyyət / Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb – VİDEO

Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb – VİDEO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

MediAktiv.az  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, 4 il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.

Həmçinin oxuyun

Azərbaycanda daha 543 nəfər COVID-19-a yoluxub

Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. MediAktiv.az xəbər …