Bazar , İyun 7 2020
Home / Cəmiyyət / ASAN könüllüləri tənha ahıllar üçün təşəbbüs irəli sürdülər

ASAN könüllüləri tənha ahıllar üçün təşəbbüs irəli sürdülər

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdiriləcək.

MediAktiv.az  xəbər verir ki, bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verəcəklər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılacaq.

Bununla bu kateqoriyadan olan şəxslərə evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin və s. çatdırılmasında ümumvətəndaş həmrəyliyi öz töhfəsini verəcək.

Bu günədək “ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5 000-dək uşağın arzu və istəyi həyata keçirilib: “Vətəndaşlarımızın 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarının qarşılanması istiqamətində də həmrəy olacaqlarına və dəstəklərini əsirgəməyəcəklərinə inanırıq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və onlara sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

Özünün və sözünün vəlisi- Ramiz Qasımov yazır…

Bu  yaxınlarda Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın yeni bir kitabı çapdan çıxıb. …