Cümə , Aprel 10 2020
Home / Cəmiyyət / Ayaq üstə yemək yeməyin

Ayaq üstə yemək yeməyin

Ayaq üstə yemək və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır.

Yaponiyanın Hirosima universitetinin bir qrup alimi bu qənaətə gəlib.

Mütəxəssislər 1000-dən çox könüllünün üzərində təcrübə aparıb. Könüllülər qidalanma sürətinə görə, 3 qrupa ayrılıb.

Ayaq üstə və daha sürətlə yeməyə üstünlük verən qrupda metabolizm sindromunun yaranma riski 11,6 faiz daha çox olub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bu cür qidalanma tromb yaranmasına meyllilik, arterial hipertenziya, piylənmə kimi pozuntularla müşayiət oluna bilər.Trend

Həmçinin oxuyun

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Azərbaycanda son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfədən çox artıb. MediAktiv.az-ın məlumatına …