Bazar , Yanvar 24 2021
Home / Cəmiyyət / Azərbaycan firavan ölkələr reytinqində irəliləyib

Azərbaycan firavan ölkələr reytinqində irəliləyib

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar.

MediAktiv.az xəbər verir ki, bunu açıqlamasında MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayımı üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub:

“Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb:

“Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”.

Həmçinin oxuyun

Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların …