Şənbə , Sentyabr 19 2020
Home / Cəmiyyət / Azərbaycan məhsulları Çində bu il ilk beynəlxalq sərgidə nümayiş olundu

Azərbaycan məhsulları Çində bu il ilk beynəlxalq sərgidə nümayiş olundu

8-10 avqust tarixlərində Çinin Çindao şəhərində 4-cü Çin Yüksək Keyfiyyətli Şərab və Spirtli İçkilər Sərgisi keçirilib.

MediAktiv.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgidə 200-dən çox yerli və xarici şirkətin 6 000-dək çeşiddə məhsulları nümayiş etdirilib.

Ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanda istehsal olunan üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub və satışı həyata keçirilib.

Azərbaycan məhsulları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Çinin müxtəlif regionlarında satışı barədə 30-dan çox ilkin razılıq əldə edilib.

Qeyd edək ki, bu, 2020-ci ildə Azərbaycan məhsullarının Çində nümayiş olunduğu ilk beynəlxalq sərgidir. Belə ki, bu ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən Çində keçirilməsi planlaşdırılan bütün beynəlxalq sərgilər təxirə salınmışdı.

Həmçinin oxuyun

Dövlət Komitəsi: Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırılıb

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin …