Cümə , Avqust 7 2020
Home / Cəmiyyət / Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda bacarıqların artırılması üzrə sahə komissiyaları yaradılacaq.

MediAktiv.az xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə peşə hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi sahəsində tədbirlərdə işəgötürənlərin iştirakının artırılması məqsədilə işəgötürənlərin və aidiyyəti orqanların nümayəndələrindən ibarət “Bacarıqların artırılması üzrə sahə komissiyaları” yaradılacaq.

Bununla bağlı 14 sahə komissiyasının yaradılması nəzərdə tutulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.

Həmçinin oxuyun

Azərbaycana xaricdən 215 həkim gətirilib

“Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı …