Cümə axşamı , Yanvar 14 2021
Home / Cəmiyyət / Azərbaycanda 3169 nəfər COVID-19-a yoluxub, 1404 nəfər sağalıb

Azərbaycanda 3169 nəfər COVID-19-a yoluxub, 1404 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

MediAktiv.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 079 nəfər vəfat edib, aktiv xəstə sayı 25 215 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq

Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Prezident …