Bazar ertəsi , May 3 2021
Home / Cəmiyyət / Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 486 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 486 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycanda 520 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə MediAktiv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8 642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 878, ötən müddət ərzində isə ümumilikdə 568 234 test aparılıb.

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …