Cümə axşamı , Noyabr 26 2020
Home / Cəmiyyət / Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə MediAktiv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8 616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045, ötən müddət ərzində isə ümumilikdə 560 356 test aparılıb.

Həmçinin oxuyun

Gələcəyin memarları Dağlıq Qarabağın bərpası ilə eskizlər hazırlayıblar-FOTO

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində sərgi təşkil edilib. Qarabağın işğaldan azad edilmiş yurd …