Bazar , İyul 12 2020
Home / Cəmiyyət / Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, 343 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, 343 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.

Həmçinin oxuyun

“Qanlıgöl” yaylağında oba sakinlərinə ticarət və tibbi xidmət göstərilib

Şahbuz rayon İcra Hakimiyyətində təsdiq olunan Tədbirlər Planına uyğun olaraq rayonun aidiyyatı idarə və təşkilatlarının …