Çərşənbə , İyul 15 2020
Home / Cəmiyyət / Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyən edildi

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyən edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

MediAktiv.az-ın məlumatına görə, qanuna iki yeni maddənin əlavə edilməsi təklif olunur.

Təklifə əsasən, qanuna aşağıdakı məzmunda 1.0.20-ci maddə əlavə edilir:

“1.0.20. domen adlarının milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

Bundan əlavə qanuna aşağıdakı məzmunda 7.10-1 -ci maddə əlavə edilir:

“7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Azərbaycanda daha 543 nəfər COVID-19-a yoluxub

Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. MediAktiv.az xəbər …