Cümə axşamı , Noyabr 26 2020
Home / Cəmiyyət / Azərbaycanda son sutkada 647 nəfər COVID-19-a yoluxub, 134 nəfər sağalıb

Azərbaycanda son sutkada 647 nəfər COVID-19-a yoluxub, 134 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 44964 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib, aktiv xəstə sayı 4301 nəfərdir.

Ölkədə son sutka ərzində 9089, hazırkı dövrədək isə 1228024 test aparılıb.

Həmçinin oxuyun

Azərbaycanda 3469 nəfər COVID-19-a yoluxub, 1229 nəfər sağalıb, 30 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə …