Çərşənbə , Sentyabr 18 2019
Home / Cəmiyyət / AZƏRBAYCANDA sosial yardım alanların sayı

AZƏRBAYCANDA sosial yardım alanların sayı

Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 450,9 min nəfər sosial müavinət, 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59325 nəfər şəxs isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin doqquz ayı ərzində 450912 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Sosial müavinət alanların 83.4 faizi aylıq, 16.6 faizi isə birdəfəlik müavinət alanlar olub.

Yaşa görə və ailə başçısını itirməyə görə aylıq sosial müavinət müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilərək ödənilib. Həmçinin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, müharibə veteranlarına, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər kateqoriyalardan olanlara aylıq sosial müavinət verilib. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin ediliblər. Dəfn xərci üçün də müvafiq şəxslərə birdəfəlik müavinətlər ödənilib.

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59325 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təminatı həyata keçirilir.

Bundan əlavə, cari ilin 1 oktyabr tarixinə ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 97,2 min ailənin 400,4 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.Cebhe.info

Həmçinin oxuyun

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir