Çərşənbə axşamı , Oktyabr 20 2020
Home / Cəmiyyət / Azərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək

Azərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişi imzalanıb

MediAktiv.az xəbər verir ki, sazişə əsasən, Azərbaycanda tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcək.

Sazişə əsasən, tərəflər gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri həyata keçirmək öhdəliyini götürüb.

Həmçinin oxuyun

Sədərək döyüşlərinin iştirakçısı: Rəşadətli ordumuzun cəbhədə qazandığı uğurlar bizi çox qürurlandırır

Son günlər mühüm strateji əhəmiyyətə malik Füzuli şəhərinin və Cəbrayıl rayonunun bir çox kəndlərinin işğaldan …