İlkin məlumatlara əsasən cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 690 doğulan körpə qeydə alınıb.
MediAktiv.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib. Doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.