Bazar ertəsi , İyul 13 2020
Home / Cəmiyyət / Azərbaycanda yeni radionun açılması üzrə müsabiqəyə daha iki şirkət sənəd verib

Azərbaycanda yeni radionun açılması üzrə müsabiqəyə daha iki şirkət sənəd verib

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı artıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, daha iki şirkət sənədlərini MTRŞ-a təqdim edib: “Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 4 olub. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir”.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur.

Həmçinin oxuyun

Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 486 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycanda 520 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və …