Cümə , Aprel 10 2020
Home / Cəmiyyət / Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq

Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq

Mübariz Qurbanlı:“Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq”.

“Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, “Məzarlıqlar haqqında” layihə Nazirlər Kabinetindədir. Qərar layihəsi demək olar bütün instansiyalardan keçib, müvafiq nazirliklərin, ekspertlərin rəyi alınıb. Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək”.

Mübariz Qurbanlı Bakıda qəbiristanlıqlarda məzar yerlərinin çatışmazlığı məsələsinə də münasibət bildirib. Qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbiristanlıqlar üçün yeni yerlərin ayrılması istiqamətində müvafiq tədbirlər görülür. “Məzar yerləri satılır” ifadəsi doğru deyil. Məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb. Hətta dəfn xərcləri ilə əlaqədar olaraq dövlət sosial proqramlara uyğun olaraq vətəndaşlara yardımlar göstərir. Əgər hardasa “məzar yerləri yoxdur” yazılıbsa, ola bilər həqiqətən yer yoxdur. Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Gələcəkdə qaydalar təsdiq edildikdə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. Hətta Dövlət Komitəsinə bəzi məsələlərə nəzarət funksiyası verilə bilər”.

Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.naxcivantv.

Həmçinin oxuyun

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Azərbaycanda son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfədən çox artıb. MediAktiv.az-ın məlumatına …