Şənbə , İyul 11 2020
Home / Cəmiyyət / Azərbaycanlı oğlan 15 yaşında universitet tələbəsi oldu

Azərbaycanlı oğlan 15 yaşında universitet tələbəsi oldu

İsayev Elcan Sabir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) builki tədris ilinin ən gənc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda rayonun Dondar Quşçu kəndində yaşayır.

Mediaktiv.az  xəbər verir ki, ADAU-nun meşəçilik ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.

Qeyd edək ki,  meşəçilik ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.

Əlavə olaraq onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyenti – Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

Həmçinin oxuyun

TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqladı

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 49 nəfərdir. Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini İdarəetmə …