Cümə axşamı , Mart 4 2021
Home / Cəmiyyət / Azərişıq” 3 gündə 850 müraciətə baxdı

Azərişıq” 3 gündə 850 müraciətə baxdı

“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”.

MediAktiv.az xəbər verir ki, bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, müraciətlərin hamısı öz həllini tapıb:

“Azərişıq” rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisinin təchizatı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin “Facebook”, “Instagram” sosial şəbəkələri yaxud “Whatsapp” (+994772176762) vasitəsi ilə sual, şikayət və təkliflər cavablandırılır”.

Həmçinin oxuyun

İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan …