Cümə , Fevral 28 2020
Home / Cəmiyyət / AzTV-nin 64, “Mədəniyyət” kanalının 9 yaşı qeyd edildi

AzTV-nin 64, “Mədəniyyət” kanalının 9 yaşı qeyd edildi

Bu gün Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının yaranmasının 9 illiyi ilə əlaqədar olaraq konsert tədbiri keçirilib.

MediAktiv.az xəbər verir ki, bayram tədbirində televiziyanın əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, mətbuat təmsilçiləri də iştirak ediblər.

İncəsənət xadimlərinin, eləcə də mədəniyyətimizin gələcəyi olan müxtəlif musiqi məktəblərinin şagirdlərinin, prezident təqaüdçülərinin çıxışları maraqla qarşılanıb.

Konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.

Həmçinin oxuyun

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı …