Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.

Bu barədə MediAktiv.az  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Konteyner” MMC-dir.

Bu, Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. “Xi’an Free Trade Port Construction and Operations” logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …