Cümə , Sentyabr 18 2020
Home / Cəmiyyət / Bakıda itkin düşən 15 yaşlı qız tapılıb – RƏSMİ/FOTO

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb – RƏSMİ/FOTO

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb.
MediAktiv.Az
 xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya məlumat verib. O bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb.
Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.

Həmçinin oxuyun

Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 16:23-də Şahbuz stansiyasından 22 km qərbdə Naxçıvan MR-in …