Cümə axşamı , Avqust 13 2020
Home / Cəmiyyət / Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb

Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb

Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan var.

MediAktiv.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu şəxslərdir:

“Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanılır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib

İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın “Metsamor” …