Bazar ertəsi , İyul 6 2020
Home / Cəmiyyət / BAKIDA YATAQXANADA YANĞIN: YEDDİ NƏFƏR TÜSTÜDƏN ZƏHƏRLƏNDİ –

BAKIDA YATAQXANADA YANĞIN: YEDDİ NƏFƏR TÜSTÜDƏN ZƏHƏRLƏNDİ –

MediAktiv.AZ

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub. 

APA-nın məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur. 

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb.  

Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib. 

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib. 

Bakıda yataqxanada yanğın: Yeddi nəfər tüstüdən zəhərləndi -
Bakıda yataqxanada yanğın: Yeddi nəfər tüstüdən zəhərləndi -
Bakıda yataqxanada yanğın: Yeddi nəfər tüstüdən zəhərləndi -

Həmçinin oxuyun

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 5-nə olan statistik göstəriciləri açıqlayıb. …