Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / Bakıda yol qəzası: 3 nəfər xəsarət aldı

Bakıda yol qəzası: 3 nəfər xəsarət aldı

MediAktiv.Az

Bakıda yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində olub:

“Avtomobil qəzası barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir”.

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …