Bazar , May 16 2021
Home / Cəmiyyət / Beynəlxalq Əlillər Günü ərəfəsində daha bir hərəkət qabiliyyəti məhdud uşaq distant tədrisə cəlb olunub

Beynəlxalq Əlillər Günü ərəfəsində daha bir hərəkət qabiliyyəti məhdud uşaq distant tədrisə cəlb olunub

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Nazirliyin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, cari il ərzində də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq, 3 Dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud daha bir uşaq – Gülmirə Abbasova distant tədrisə cəlb edilib. Şərur rayonu Çərçiboğan kəndində yaşayan G.Abbasova zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi, həmçinin texniki avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllimi tərəfindən Gülmirə Abbasovaya artıq ilk dərs keçirilib. Şagirdin valideynləri yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …