Bazar ertəsi , Oktyabr 21 2019
Home / Cəmiyyət / Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.

Mediaktiv.az xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.

“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına  fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.

Həmçinin oxuyun

İSBAM Kocaelidə möhtəşəm “Nəsimini -650” tədbiri keçirdi-Fotolar

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə …