Bazar , Yanvar 17 2021
Home / Cəmiyyət / Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi

Bu gün xarici ölkələrdə qalmış Azərbaycan vətəndaşları vətənə gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

MediAktiv.azxəbər verir ki,“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarılıb.

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Həmçinin oxuyun

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ …